1 oktyabr – Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü Lənkəranda da qeyd edilib.
Mia.az-a verilən məlumata görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, prokurorluq işçiləri Heydər Əliyev Xatirə parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət edib önünə təzə-tər gül dəstələri düzüblər.
Sonra Lənkəran rayon prokurorluğunda bayram tədbiri keçirilib.
Rayon prokuroru Elçin Məmmədov kollektivi təbrik edib, prokurorluq orqanlarının keçdiyi şərəfli yoldan danışıb.
Sonda hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluğun əməkdaşları təbriklərini söyləyiblər.