Sentyabrın 26-da səhər saat 08.00-da Azərbaycanın bütün ərazisində ümumxalq səsverməsi (referendum) başlayıb.
Bununla bağlı bir qrup tanınmış incəsənət xadimləri arasında sorğu keçirilib.
Xalq artisti Arif Babayev bildirib ki, yaxın saatlarda səsvermədə iştirak edəcək: "Hələ yerimdən indi durmuşam. Yaxın saatlarda gedib səs verəcəm. Seçkidə iştirak etmək mənim borcumdur. Qayda-qanunlarımıza tabe olmaq, əməl etmək, dövlətimizin siyasətini dəstəkləmək lazımdır. Nə qədər sağam, hakim partiyanı dəstəkləyəcəyəm”.
Xalq artisti Ağaxan Abdullayev: "Təssüflər olsun ki, səhətimlə bağlı seçkidə iştirak edə bilməyəcəm”.
Xalq artisti, tanınmış aktrisa Afaq Bəşirqızı: "Bu gün səhər gedib səs vermişəm. Azərbaycanda Referendumun keçirilməsinidə normal qiymətləndirirəm".
Xalq artisti Həmidə Ömərova: "Hazırda seçki məntəqəsinə gedirəm. Referenduma "hə” deyəcəm. Mən başqa sənətçilərin yerinə danışmıram. Amma öz yerimə deyirəm ki, seçkidə iştirak etməyi özümə borc bilirəm”.
Əməkdar artist Zöhra Abdullayeva: "Səsvermədə iştirak etmək üçün məntəqəyə gedirəm. Referendum seçkisini yüksək qiymətləndirirəm”.
Tanınmış aktyor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qorxmaz Əlili Can: "Səs vermədə iştirak etmişəm. Azərbaycanda Referendum seçkilərini çox yüksək qiymətləndirirəm. Artıq biz müasir dövlətçiliyə qədəm qoyuruq. Hesab edirəm ki, Referendum Azərbaycan dövlətçiliyinə, idarəçiliyinə böyük xeyr verəcək”.
Əməkdar artist Vəfa Zeynalova: "Xeyr səsvermədə iştirak etməmişəm. Yaxın saatlarda gedib iştirak edəcəyəm”.
unikal.org