"Vur, komandir, vur!” ifadəsi ilə bir günün içində bütün Azərbaycana tanınan gizir İlkin Muradovun toyu olub.

Ötən gün Neftçalanın Xol Qaraqaşlı kəndində keçirilən toy mərasimində millət vəkili Aydın Mirzəzadə də iştirak edib. Deputat toydan çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşıb.

Xatırladaq ki, "Vur, komandir, vur!” kimi yadda qalan hadisə 2014-cü ilin noyabrında baş vermişdi.


olke.az