Keçmiş MTN generalı Akif Çovdarovun müğənnilərlə olan əlaqəsi yenidən xəbər manşetinə çevrilib.
Mia.az xəbər verir ki, adı həbsdə olan Çovdarovla hallanan Manana Çaparidze isə Gununsesi.info-ya açıqlama verərək, Akif Çovdarovla heç bir əlaqəsinin olmadığını bildirib.
İfaçı Akif Çovdarovla həmyerli olmalarından irəli gələrək, əlaqələrinin yaranması xəbərinə sərt reaksiya verib: "Nə olsun ki, Çovdarov gürcüstanlıdır. O, gürcüstanlıdır deyə, deməli, mənimlə əlaqəsi olmalıdır? Artıq söz-söhbətdən yorulmuşam. Bununla bağlı soruşublar, mən də cavab vermişəm. Artıq açıqlama verməyəcəm, heç nə deməyəcəm. Mən heç kimdən qorxmuram, vəssalam”.