Azərbaycanın tanınmış milyonçusu Hacı Zeynalabdin Tağıyevin 1885-1924-cü illərdə yaşadığı Mərdəkandakı bağ evi hazırda yararsız vəziyyətdədir.
H.Z.Tağıyev ömrünün son illərini bu evdə keçirib. O, bu evdə yaşadığı vaxtlarda istirahət üçün hərdən həyətdəki böyük hovuzun ətrafında gəzərmiş.
1941-1945-ci illərdə milyonçunun bağ evi təxliyə hospitalı kimi fəaliyyət göstərib. Buradan dənizə mənzərə açıldığından xəstələr vaxtlarının böyük hissəsini dəhlizdə keçirərmiş.
Vaxtı ilə Tağıyevin atlarının saxlandığı tövlə isə hazırda təmir olunaraq 2 saylı Ağ Ciyər Xəstəlikləri Dispanserinin balansına verilib.
Mia.az "Azadlıq Radiosu"na istinadla görüntüləri təqdim edir: