Bu gün dünyasını dəyişən paralimpiyaçı Fariz Kərimli xalq artisti Tariyel Qasımovun nəvəsidir.
Xalq artisti Tariyel Qasımov nəvəsi Fariz Kərimlinin ölüm xəbəri haqda danışarkən deyib: "Rayondan gəlmişəm. İstidir. Bu haqda məlumatım yoxdur”.
Boccia idman növü üzrə Azərbaycan çempionu olan, 1-ci qrup əlil, şair Fariz Kərimli aktyorun qız nəvəsidir.
Aktyorun sözlərinə görə qızı və nəvəsiylə əlaqəni illər əvvəl kəsib: "Münasibətimiz yox idi. Sonra bir video paylaşdı, məni biabır etdi. Ölümündən xəbərim yoxdu”.
Dəfnində iştirak edib-etməyəcyi sualına xalq artisti belə cavab verib: "İndi rayondan gəlmişəm. İstidir. Bir az özümə gəlim. Üzrlü sayın”.
Teleqraf.com