İnternetdə prezident İslam Kərimovun xatirəsinə həsr olunan videoklip yayılıb.

Videoklip "Ferqana.ru” saytının YouTube hesabında yerləşdirilib. 

Agentliyin yazdığına görə, mahnı prezidentin böyük qızı Gülnarə Kərimova tərəfindən ifa edilib. Videoçarxda 1991-ci ilə aid görüntülər yer alıb("Qafqazinfo”).

Qeyd edək ki, Gülnarə Kərimova bir vaxtlar müğənni olaraq Ququş təxəllüsü ilə müğənnilik fəaliyyəti göstərib. Bir neçə il əvvəl isə atası İslam Kərimov tərəfindən ev dustağı edilib, nəzarətindəki bütün sərvət və imtiyazlar geri alınıb.