27.08.2016-cı il tarixdə Zaqatala rayonunda Bakı İslam Universiteteinin Zaqatala filialında və Balakən rayon Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Demokratik Gənclər” ictimai birliyi tərəfindən "Gənclər dini zorakılığa qarşı” layihəsinin başlanması barədə təqdimat keçirilib. 

Təqdimat şəhərin və region üzrə gəncələr təşkilatlarının nümayəndələri və Zaqatala rayon İcra hakimiyyətinin müavini İlqar Vəliyev, Zaqatala rayon qazısı Malik Bilalov, QMİ-nin nümayəndəsi Rasim Musayev, Zaqatala rayon Bələdiyyəsinin sədri , Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala rayon şöbəsinin müdiri Mehman İsmaılov, Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev və kənd məscidlərinin imamları iştirak etmişdir.

Balakən rayonunda keçirilən tədbirdə Balakən rayon İcra hakimiyyətinin ictimayyətlə əlaqələr şöbəsinin müdür müavini Fariz Nəcəfov, Gənclər İdman İdarəsinin Gənclər sektorunun nümayəndəsi Atayev Elvin, Dini Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Balakən rayon şöbəsinin baş məsləhətçisi Elvin Qarayev vərayon fəalları iştirak edirdi.

Tədbir zamanı layihənin rəhbəri Ramil Süleymanov layihənin məqsədi və layihənin icra planı barədə geniş məlumat vermişdir. Beləki, layihənin əsas məqsədi region gəncləri arasında tolerantlıq, dini dözümlülük, radikallıq mənfi fəasadları barədə məlumatlandırmaqdır. Layihə çərçivəsində Zaqatala və Balakən rayonlarında mütamadi olaraq, tədbirlər həyata keçiriləcəkdir.

Layihə çərçivəsində informasiya bülletenləri, bukletlər nəşr olunacaq. Gənclərin real, praktik bilik və bacarıqlarını artırmaq məqsədi ilə treyninqlər təşkil olunacaq. Treyninq müddətində bilik və bacarıqlarını artırmaq məqsədi ilə Bakı və digər böyük şəhərlərin aktiv gənclər təşkilatları ilə təcrübə mübadiləsi təşkil olunacaqdır. Qərara alındı ki, sentyabr-oktyabr aylarında Zaqatala və Balakən rayonlarında ucqar kənd məktəblərində bu kəndlərdə yerləşən ictimai iaşə obyektlərində yerli gənclərlə maarifləndirici görüşlər keçirikləcək. Bu görüşdə Demokratik Gənclər İctimai Birliyin təlimçi və eksöertləri ilə yanaşı RİH və DQİDK-nin yerli nümayəndələridə iştirak edəcək.