Biləcəri bələdiyyəsinin "İctimai-humanitar” sektorunun təşkilatçılığı ilə qəsəbənin ağsaqqalları və ağbirçəkləri ilə görüş keçirilib.

Mia.az-ın bələdiyyədən aldığı məlumata görə, görüşdə Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai - siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev və Biləcəri bələdiyyəsinin sədr müavini Sahib Nağdəliyev iştirak edib.

Tədbiri bələdiyyənin sədri açıq elan edərək yaşlı nəsli salamlayıb və tədbirdə iştirak etdiklərinə görə onlara öz təşəkkürünü bildirib. O, eyni zamanda öz çıxışında onların məsləhətinə hər zaman ehtiyac olduğunu və bu qəsəbə üçün hər birinin dəyərli olduqlarını öz çıxışında vurğulayıb.

Daha sonra çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai - siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Seymur Hacıyev cənab Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ölkəmizdə əhalinin, xüsusilə də, yaşlı nəslin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini, xüsusi qayğıya ehtiyacı olanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən görüşdə ölkəmizdə yaşlı nəsilə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlıq bildirilib.

Tədbirdə qarşıdan gələn 26 sentyabr Refendum günü haqqında geniş fikir mübadiləsi aparılıb.
Bələdiyyə sədri ağsaqqallar və ağbirçəklərlə görüşüb - FOTOLAR