Müğənni Əli Mirəliyev oğlunun polis tərəfindən saxlanılması barədə danışıb.
Mia.az xəbər verir ki, sənətçi ölkə.az-asöhbətində bildirib ki, oğlu klinikalardan birinin qarşısında dayanıb bir qohumunu gözlədiyi vaxt yol polisi başqa bir sürücünü saxlayıb:
"Oğlum da görüb ki, yetimin birini saxladılar, yazırlar. Yaxınlaşıb, elə oradaca mübahisə yaranıb. Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsinə aparmışdılar, getdim buraxdırdım. Polisə bıçaq çəkmək söhbəti isə yalandır".
Qeyd edək ki, xəbəri azxeber.com saytı yayıb. Bildirilirdi ki, Ə.Mirəliyevin oğlu polisə bıçaq çəkib.