"Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirir.
İctimai Birlik bu
məqsədlə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının yardımı ilə gənclərin vətənpərvərlik ruhunda
maarifləndirilməsi istiqamətində bir sıra təşəbbüslər irəli sürüb.
İctimai
Birlik hesab edir ki, Ermənistan kimi işğalçı ölkə ilə yanaşı yaşamağa məcbur
olan Azərbaycanda dövlətçilik ideologiyasının, yurdsevərlik hisslərinin gənclər
arasında təbliğ olunmasına hər zamanki kimi, böyük ehtiyac var.
"Müstəqil respublikamızın inkişafı ilk növbədə gənc nəslin təlim-tərbiyə işinin
düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Vətəndaş tərbiyə etmək
mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun
təhlükəsizliyi üçün məsuliyyət daşıyan, dövlətin cari və perspektiv işlərində
iştirak edən insan yetişdirmək deməkdir.
Azərbaycan üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm
vəzifə kimi qarşımızda durur. Dövlətçilik, vətəndaşlıq bütün sahələrdə təbliğ
edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir.
2016-cı ilin 2-5 aprel aralığında Qarabağ cəbhəsində baş verən hərbi
əməliyyatlar, torpaqlarımız uğrunda canından keçən şəhidlərimiz, qəhrəmanlıq
göstərən döyüşçülərimiz Azərbaycan
gənclərinin vətənpərvərlik ruhunda tərbiyə olunmasıının hər zaman prioritet
təşkil edən məsələ olduğunu bir daha təsdiqlədilər”,-deyə qurumun yaydığı açıqlamada bildirilib.
İctimai Birlik Biləsuvarda yerləşən
Cəbrayıl köçkün qəsəbələrində məskunlaşan gənclər arasında vətənpərvərlik
və Azərbaycançılıq ideologiyası ilə bağlı informasiya çatışmazlığını aradan
qaldırmağa yönələn təbirlər gerçəkləşdirəcək.