Göygöl rayonunun ərzisində yerləşən "Alma bağı" adı ilə məhşur olan torpaqların hasarlanması yerli sakinlərin və turistlərin diqqətini cəlb edib. Hər kəs ərazilərin tikinti məqsədi ilə hasarlanmasından və ərazidə olan ağacların məhv ediləcəyindən narahatdır.
Mia.az-a rayondan verilən məlumata görə, Prezident İlham Əliyevin kənd təssərüfatının inkişaf etdirilməsi və yeni bağların salınmasını vacib besab etdiyi bir vaxtda Göygöl İcra hakimiyyətinin bu əraziləri kimlərəsə satması, təyinatından kənar istifadəsinə göz yumması hər kəsdə narazılıq oyadır.
Bələdiyyənin də bu məsələdə tamaşaçı kimi çıxış etməsi, prosesi durdurmaması onların da bu işdə maraqlı tərəf olmalarını sübut etmiş olur.
Göygöl rayon sakinləri deyirlər ki, ərazi ayrı-ayrı adamlar tərəfindən hissələrə bölünərək, zəbt olunub:
"İndi ərazini tamamilə hasara alıblar. Əvvəl heç olmasa, yerdə əyləşib sərinləmək olurdu. Bu qədər bərəkətli ağacları indi məhv edəcəklər. Deyirlər ki, burada evlər tikəcəklər. Bəyəm, bu torpaqlar ev tikmək üçündur?! Axi bu cinayətdir...
İcra və bələdiyyə ancaq torpaq satmaqla məşğuldur. Heyf ki, Prezidentimizin bundan xəbəri yoxdur...".
Dövlət mülkiyyəti hesab olunan bu torpaqların aqibəti haqda Göygöl rayon İcra Hakimiyyətinin mövqeyini öyrənə bilmədik. Rəsmilərin məzuniyyətdə olduğunu bildirdilər.
Mia.az ərazidən çəkilmiş fotoları şərhsiz təqdim edir:
Mia.az