Lənkəran polisi gücləndirilmiş iş rejiminə keçib.

Məlumatda bildirilir ki, buna səbəb tanınmış kirminal avtoritet Rövşən Lənkəranskinin Türkiyədə qətlə yetirilməsidir.

Rövşən Lənkəranskinin nəşi doğulduğu Lənkəran şəhərində dəfn ediləcək. Dəfn mərasimində tanınmış "vor zakon”ların iştirak edəcəyi gözlənilir(Qaynarinfo.az). 

Qeyd edək ki, Rövşən Lənkəranski dünən axşam Türkiyənin İstanbul şəhərində naməlum şəxslər tərəfindən güllənib. O İstanbul Şişli Etfal xəstəxanasına çatdırlsa da, həyatını xilas etmək mümkün olmayıb.