“Mən anamın mələyiyəm” adlı görüş keçirilib

16 avqust tarixində Biləcəri bələdiyyəsinin "İctimai-humanitar” sektorunun təşkilatçılığı ilə qəsəbə ərazisində yaşayan fiziki məhdud uşaqlarla "Mən anamın mələyiyəm” adlı görüş keçiriblər.

Görüşdə Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, 11 saylı uşaq poliknikasının baş həkimi Məlahət İbrahimova və həkim briqadası iştirak edib.


Onlar fiziki məhdud uşaqların evlərində olmuş, ailələri ilə görüşmüş və uşaqların tibbi müayinəsini həyata keçiriblər.

Layihəni həyata keçirməkdə məqsəd fiziki məhdud olan uşaqların könlünü almaq, onların istək və arzularını həyata keçirmək, o cümlədən sağlamlıqlarının qorunması istiqamətində töhfə verməkdir.