Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə "SAF Həyat Naminə" Gənclər İctimai Birliyi 14-18 yaşlı məktəblilər arasında "Bizim uğurumuz" devizi altında Hövsan qəsəbəsində keçirilən basketbol yarışının final oyununu başa çatdırdı. 

Yarış hərəsi 12 nəfərlə təmsil olunan 4 komanda (Sumqayı, Yasamal, Nərimanov, Xırdalan) arasında keçirildi. Yarış Azərbaycan himninin səsləndirilməsi ilə başladı. Təşkilatın rəhbəri Dinara Abbasova giriş sözü ilə yarışı açıq elan etdi və yeniyetmə idmançıları salamlayaraq onlara uğurlar arzuladı. Tədbirdə müstəqil ekspert kimi çıxış edən Nailə ismayılova peşəkar idmançılarımızın uğurlarını və son vaxtlar ölkəmizdə keçirilən böyük idman yarışlarının əhəmiyyətini diqqətə çatdırdı. Yarış başlamadan öncə baş hakim Teymur Qafarov idmançılara öz tövsiyyələrini verdi. Yarışı hakimlər Cavidan Bayramlı və Mirhadızadə Seyidkərim idarə edirdilər. Məşqçilər Urfan Bayramlı, Tural Məmmədov yarışarası fasilələrdə uşaqlara tövsiyyələrini verirdilər. Layihənin əsas məqsədi bədən tərbiyəsi və idmanla məşğul olan hər bir yeniyetmə və gəncdə fiziki hazırlıq və mənəvi kamillik keyfiyyətlərinin ahəngdar birləşməsini təmin etmək idi. Komandalar arasındakı yarış I yer -Sumqayıt II yer- Yasamal III yer - Nərimanov IV yer - Abşeron yerlər üzrə başa çatdı. Sonda komandalara kubok və medallar, eyni zamanda diplom və hədiyyələr təqdim olundu. Təşkilatın təsisçilərindən Sabina Abbasova məktəbliləri qazandıqları qələbə münasibətilə təbrik etdi və onlara uğurlar arzuladı.

14017999_10206594702417629_2009649590_n14044927_10206594702017619_1757352292_o