Ötən günlərə nisbətən havanın temperatutu aşağı düşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mia.az-a verilən məlumata görə, avqustun 14-ü axşam, 15-də qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Dağlıq və dağətəyi rayonlarda lokal xarakterli yağış yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.