Qazaxıstanın paytaxtı Astanada yerləşən Beynəlxalq Turk Akademiyasının (TWESCO) təşəbbüsü ilə Monqolustan "Şiveet Ulaan" qədim Türk adət-ənənələri abidələr kompleksində başlanmış arxeoloji qazıntılar davam edir.
Mia.az xəbər verir ki, bu ilin iyul ayının əvvəlində TWESCO prezidenti Darxan Kıdıralinin rəhbərlik etdiyi layihə cərcivəsində tanınmış monqolustanlı arxeoloq D.Tsevendorj və qazaxıstanlı türkoloq N.Bazilhanın idarəciliyində başlanan qazıntı işləri Şiveet Ulaan kompleksinin yerləşdiyi mövqedə davam edir. Bengutaşın yer aldığı sahədə arxeoloqların gərgin səyləri nəticəsində qədim turklərə aid heykəllər tapılıb. Bununla yanaşı, movzeley daşlardan təmizlənib, quruluşu, təməli, forma və həcmi müəyyən edilib.
Qeyd edək ki, bu layihə Monqolustan Milli Elmlər Akademiyasının Tarix və Arxeologiya İnstitutu ilə birlikdə həyata keçirilir.
Onu da bildiririk ki, Beynəlxalq Turk Akademiyasının təşkilatçılığı ilə bu il avqustun 24-də "Şiveet Ulaan" movzeleyində "Boyuk Col Kocəriləri: Tarixi və Mədəni Bənzərliklər" adlı turk və monqolustanlı arxeoloqların iştirakı ilə baş tutacaq II Səhra Seminarında arxeoloji tapıntılarla bağlı ətraflı təqdimat keçiriləcək.
Seminarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Rusiya və Türkiyədən elm adamları və mətbuat numayəndələri iştirak edəcəklər. 20-27 avqust 2016-ci il tarixləridə isə "Tanrı dağından Ötükənə: Boyuk Col Kocəriləri: Tarixi və Mədəni Bənzərliklər" adlı beynəlxalq tədqiqat səfəri həyata keciriləcək.