Nəqliyyat naziri Ziya Məmmədov avqustun 12-də Ağstafa şəhərində Tovuz, Qazax və Ağstafa rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Mia.az Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı avqustun 10-da saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:
– Tovuz şəhəri, İsmayıl Mürşüdov küçəsi – 44;
– Qazax şəhəri, Bakı küçəsi – 28;
– Ağstafa şəhəri, Üzeyir Hacıbəyov küçəsi – 25A.