Azərbaycan tankçıları "Beynəlxalq Ordu Oyunları – 2016" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" yarışlarına qatılıblar.

Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb. 

Nazirliyin yaydığı məlumata görə, bu gün müsabiqələrdə iştirak edən tankçılarımız bütün hədəfləri məhv edərək yarımfinala vəsiqə qazanıblar.