Vergilər Nazirliyi 2016-cı ilin yanvar-iyul ayları ərzində vergi daxilolmaları haqqında məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, 2016-cı ilin yanvar-iyul ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 milyard 849 milyon 942,5 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,4 faiz əməl edilib.
Hesabat dövründə 62 min 496 vergi ödəyicisi qeydiyyata alınıb.