Heydər Əliyev adına Hava Limanında sərnişinlər arasında narazılıq yaranıb.

Bu barədə Mia.az-a sərnişinılərdən biri məlumat verib. Bildirilir ki, Bakıdan Gəncəyə getməli olan təyyarə 11.05-də havaya qalxmalı olsa da, hələ də yerdən tərpənməyib: "Bir saatdır ki, insanları təyyarəyə mindiirib gözlədirlər. Heç bir əsaslı səbəb olmadan, sərnişinləri narazı salırlar. Aramızda tələsən, eyni zamanda, yaşlı və uşaqlar var. Amma buna baxmayaraq, özbaşınalıqlarını davam etdirirlər".