Nəsimi rayon İcra Hakimiyyəti və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə rejissor Eldar Quliyevin "Dərvişin qeydləri” adlı filminin pulsuz nümayişi, bir sıra muzeylərə ekskursiyaları, yay istirahət düşərgələri təşkil olunub.
Mia.az-a daxil olan məlumata görə, rayon məktəblərinin təhsildə və idmanda fərqlənən, həmçinin aztəminatlı ailələrdən olan ümumilikdə - 120 nəfər məktəblinin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yeni, müasir "Üfüq” gəmisi ilə Bakı buxtasında gəzintisi təşkil olunub.
Uşaqlara məlumat verilib ki, yüksək komfortlu və sürətli sərnişin gəmisi olan "Üfüq” gəmisi 2016-cı ildə istifadəyə verilib.
Gəmidə uşaqlara nahar süfrəsi təşkil olunub, daha sonra isə öz məharətlərini göstərərək şeir, mahnılarla həmyaşıdları qarşısında çıxış ediblər.