Şirvan şəhərində "Araz” zavodunda baş vermiş hadisə zamanı yaralananlardan daha biri evə buraxılıb.
Mia.az Müdafiə Sənayesi Nazirliyinə istinadən xəbər verir ki, iyulun 26-da Şirvan "Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alanların səhhəti Müdafiə Sənayesi Nazirliyi tərəfindən diqqətdə saxlanılır:
"Son məlumatımızda həkim nəzarətində müalicələrinin davam etdirildiyini bildirdiyimiz üç nəfərdən biri də evə buraxılıb, qalan iki şəxsin müalicəsi davam etdirilir".