Əməkdar jurnalist, "Şərəf" ordenli Şirməmməd Hüseynovun səhhətində problem yaranıb. 

O, vəziyyəti ilə əlaqədar Bakıdakı xəstəxanaların birinə yerləşdirilib.

Ş.Hüseynovun həyat yoldaşı aznews.az –a faktı təsdiqləyib.

O, bildirib ki, qocaman jurnalistin 3 gün bundan öncə vəziyyəti qəfil pisləşib və xəstəxanaya yerləşdirilib: "Hazırda müalicə olunur. Vəziyyəti normaldır”.