Tərtər Rayonun Dəmirçilər kəndində uzun zamandır ki, su üzünə həsrət qalan kənd sakinləri etiraz səslərini qaldırıblar.
Bu barədə kəndin sakinləri məlumat verib.
Məlumatda bildirilir ki, may ayı daxil olandan kənd əhalisi nə içməli, nə də suvarma suyunu normal əldə edə bilir.
Aksiyadan xəbər tutan icra başçısı Müstəqim Məmmədova aksiyanın təşkilatçısı kimi Natiq İsmayılov adlı sakinin adını veriblər. O, da öz növbəsində polis rəisinin müavini işləyən xalası oğlu Əfqan Qurbanova zəng edərək, Natiq İsmayılovu həbs etməsini tələb edib. Xüsusi, zorakılıqla həbs olunan Natiq İsmayılov polisə aparılıb və orada fiziki zorakılığa məruz qalıb.
Bir neçə saatdan sonra sərbəst buraxılan Natiq İsmayılova icra başçısının adından xəbərdarlıq edilib.Haqsız yerə döyülərək, həbs olunan Natiq İsmayılov DİN rəhbəri Ramil Usubova şikayət edəcək.
Gununsesi.info