Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Baş Qərargah rəisi general Hulusi Akarın görüşü başa çatıb.
Tərəflər arasında görüş 2 saat 30 dəqiqə davam edib. Görüşdə 15 iyul hadisələri müzakirə edilib.
Qeyd edək ki, bu, iyulun 15-də baş tutmuş hərbi çevrilişə cəhddən sonra Ərdoğanın Akarla ilk görüşüdür.