"İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidentiyanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Sağlam yaşam Sağlam gələcək naminə” layihəsinin icrasınıu ğurla davam etdirir.

Mia.az xəbər verir ki, layihənin əsas məqsədi internat və uşaq evlərində təhsil alan və bu müəssisələrdən məzun olan gənclərə sağlamlığının qorunması və sağlamhəyat tərzinin prinspləri, pis və zərərli vərdişlərdən çəkinmə, yolxucuxəstəliklərin əlamətləri və onlardan qorunma yolları haqqında marriflandirməkdir. Həmçinin layihə gənclərə cəmiyyətə inteqrasiya prossesində yarana bilən psixoloji problemlər və onların həlli, aktiv həyat tərzi, vaxtın düzgün istifadə olunması və s. Aktual mövuzlarda dəstək olacaq.

Fəaliyyət planına əsasən layihə Quba, Şəki və Lənkəran şəhərlərində icra olunub. Növbəti mərhələdə layihə paytaxt Bakıda yerləşən uşaqevləri və internat müəssisələrində keçiriləcək.

Quba, Şəki və Lənkəranda təşkil olunan təlim-seminarlar çox böyük marağa səbəb oldu. Hər müəssisədə iki gün ərzində təlimçi Zeynal Zeynalov iştirakçılara ümumi olaraq 4 mövzuda təlim-semina rkeçirib.

- Sağlam həyat tərzi

- Yoluxucu xəstəliklərdən qorunmağın yolları

- Pis və zərərli vərdişlərdən çəkinmə

- Asudə vaxtının səmərəli keçirilməsi

İnteraktiv formada keçirilən təlim-seminarlarda gənclər faydalı məlumatlar öyrənib, psixoloq məsləhətləri alıblar. Yuxarıda adı çəkilən mövzularla bağlı gənclərə bukletlər paylanilacaq.

Layihənin sonunda yuxarıda qeyd olunmuş məktəblərin məzunları üçün müxtəlif inkişaf sahələrini əksetdirən 2 günlük yaydüşərgəsi təşkil olunacaq. Düşərgə Göygöldə keçirilməsi planlaşdırılır. Məqsəd həm gənclərə yuxarıda adıçəkilən aktual mövzular barədə məlumat vermək, həm də müxtəlif uşaq evi və internat məktəblərinin məzunlarına bir-biriilə tanış olub şəbəkələşmələrinə imkan yaratmaqdır.