İqtisadiyyat naziri Şahin Mustafayev sabah Zərdab şəhərində Ağcabədi, Zərdab və Ucar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Mia.az nazirliyə istinadən xəbər verir ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (ünvan: Zərdab şəhəri, Heydər Əliyev Mərkəzi) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün [email protected] elektron poçt ünvanı və 493-88-67 (21- 79), (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), nazirliyin 195-2 çağrı mərkəzi, nazirliyin Aran regional bölməsi (Ünvan: Yevlax şəhəri, H.Əliyev prospekti, 34, əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 337-82-81, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və Feysbuk səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.