Azərbaycanda müşahidə ediləcək isti hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 23-dək ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-40 dərəcə , bəzi yerlərdə 43 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlıq da isə bildirilib ki, iyulun 19-da Bakıda və Abşeron yarımadasında anomal isti havaşəraiti fonunda zəif küləklərin üstünlüyü və bəzi saatlarda havada yaranan durğunluq əksər əhali üçün çox əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.