İyulun 15-də gecə baş verən dövlət çevrilişi cəhdində şəhid edilənlər üçün İstanbuldakı Fatih məscidində cənazə mərasimi keçirilir.

Mia.az xəbər verir ki, prezident Ərdoğan, sabiq prezident Abdulla Gül, sabiq baş nazir Əhməd Davudoğlu və bir çox nazirlər prezident Ərdoğanın baş danışmanı Mustafa Varankın böyük qardaşı, professor İlhan Varankın dəfn mərasiminə qatılıblar. 

Məscidin içi və çölündə çox ciddi təhlükəsizlik tədbirləri həyata keçirilib. Hətta məscidin yaxın ətrafına snayperlər yerləşdirilib. Ərdoğan və rəsmilərin bu şəhidlərin əksəriyyətinin dəfnində iştirak edəcəyi haqda da xəbərlər var.

Xatırladaq ki, həmin gecə Ərdoğanın çağırışı ilə meydanlara çıxan 161 mülki şəxs və qiyamçılara qarşı müqavimət göstərən polis şəhid edilib.

Qiyamçılardan neçəsinin öldürülməsi haqda yekin rəsmi açıqlama verilməsə də, öldürülənlərin sayının 200 nəfəri aşdığı bir neçə qaynaq tərəfindən bildirilib.