Fransa prezidentinin saçını kəsdirməsi dövlət xəzinəsi üçün böyük yükdür. Belə ki, Fransua Ollandın şəxsi bərbəri ayda 9,895 avro məvacib alır. Bu məbləğ Fransua Ollandın maaşından (14.910 avro) bir qədər azdır.

Mia.az xəbər verir ki, bu rəqəmi Fransa hökumətinin nümayəndəsi də təsdiqləyib. Belə ki, "Le Canard Enchaine” satirik qəzetində prezident bərbəri ilə imzalanmış müqavilənin surəti dərc olunub. Maraqlıdır ki, bərbərin aylıq maaşı Avropa Parlamenti deputatının (8, 213 avro) və Fransa hökumətinin bəzi nazirlərinin məvacibindən də yüksəkdir. "Le Canard Enchaine” satirik qəzeti "qəhrəman”ın soyadını gizli saxlayır. Onun yalnız adı açıqlanır – Olivye. 46 yaşlı prezident bərbəri Elize sarayında işə düzələnədək Paris rayonlarının birində bərbərxana sahibi olub.

Ə.Rzazadə