Bu yaxınlarda Bakıda keçirilən "Jara” ("İsti”) beynəlxalq musiqi festivalı ilə bağlı yeni xəbər var.
Mia.az xəbər verir ki, festivalın həmtəsisçisi, eyni zamanda, "Russkoye Radio”nun təsisçisi Sergey Kojevnikov bildirib ki, festival Rusiyanın "Birinci” kanalında nümayiş olunacaq:
""Festivalın TV versiyasını hazırlamalıyıq. Lazımi qədər material var. İyulun 17-dək birinci hissəsini yayıma hazır etməliyik. Bir həftə sonra hər kəs bu möhtəşəm hadisənin tamaşaçısı olacaq”.
M.Rzabəyli