Bakının Nizami rayonunda - "Qara Qarayev” və "Xalqlar Dostluğu” stansiyaları arasındakı yol kənarındakı yaşıllıq ərazilərin qırılaraq yerində obyekt tiikilməsi xəbərləri ciddi narazılıq yaradıb.

Artıq sosial şəbəkələrdə ərazidə yaşayan sakinlər və tanınmış şəxslər tərəfindən son 7-8 ildə bu ərazilərdə yaşıllıqların kütləvi şəkildə məhv edilməsi hiddətlə qarşılanır, qətiyyətlə pislənir.

Maraqlıdır ki, Heydər Əliyev Fondu və onun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ölkədə "yaşıl marafon" aksiyalarının intensivləşdiyi bir zamanda Bakının mərkəzində "nəfəsliyi" kəsən hansı iş adamıdır? 

Bununla bağlı Mia.az-ın araşdırmaları davam etdiyindən hələki təfərrüatlara varmırıq. Movzuya qayıdacağıq.

Mia.az ərazidə yaşıllıqların hansısa sahibkar tərəfindən məhv edilməsi ilə bağlı  sosial şəbəkələrdə və xəbər portallarında yayılan şəkilləri də təqdim edir.

nizami03nizami05nizami06nizami07nizami04