Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə "Konstitusiya” Araşdırmalar Fondu tərəfindən icra olunan "Vətəndaşların müraciət hüququnun reallaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi”” layihəsi çərçivəsində Cənub TV-də maarifləndirici veriliş hazırlanıb və efirə verilib.
Mia.az xəbər verir ki, verilişdə vətəndaş müraciətlərinə baxılması ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, vətəndaş müraciətlərinə baxılması praktikasından söhbət açılıb.
Elektron, şifahi müraciətlərlə bağlı qaydalar, anonim müraciətlər, korrupsiya hüquqpozmaları barədə müraciətlərə baxılması qaydaları, baxılma müddətləri ilə bağlı ətraflı məlumat verilib. Xüsusilə, hansı hallarda müraciətlərə baxılmaması barədə məlumatlar diqqətə çatdırlılıb.
Maarifləndirci xarakterini və oxucular üçün maraqlı olacağını nəzərə alaraq verilişin video-yazısını təqdim edirik: