Heç kimə sirr deyil ki, dövlət başçısı İlham Əliyev bütün çıxışlarında hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara köməklik göstərməlisi barədə tövsiyə və tapşırıqlarını verir.

Elə son çıxışlarının birində də prezident bildirmişdi ki, sahibkarların fəaliyyətinə dəstək verilməlidir, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidir. Sahibkarlara yalnız köməklik göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər. Amma deyəsən bütün bu deyilənlər "Qarant İnşaat Sənaye” MMC üçün keçərli deyil.

Bu şirkət inzibati üsullardan istifadə edərək bazardakı rəqibləri ilə yazılmayan qaydalarla mübarizə aparır.

Söhbət ondan gedir ki, sement istehlakı bazarında payı olan bu şirkət bazardakı rəqiblərini azad rəqabətə zidd olan qaydalarla "vurmağa" başlayıb. Özü də bu "vurulma" məhz kiçik sahibkarlara yönəlib. O kiçik sahibkarlara ki, bütün dünyada olduğu kimi Azərbaycanda da iqtisadiyyatın qan damarı hesab olunur.

Bir qədər əvvəl "Qarant Sənaye İnşaat” sement bazarında fəaliyyət göstərən, kiçik istehsal müəssisələrinə qarşı dava açıb.

Xüsusən də «Qaradağ EZ SPEAK» MMC-yə qarşı həm mətbuatda, həm də elə tikinti bazarında əsil qara piar işə düşüb. Yayılan məlumatlardan aydın olur ki, iş hətta o yerə gedib çıxıb ki, "Garant İnşaat Sənaye” fərdi sahibkar Ağayev Anar Gülağa oğluna qarşı iddia qaldıraraq, guya müəssisəyə məxsus sement əmtəə nişanından qanunsuz istifadənin qadağan edilməsi, UNİVERSAL adı altında sement istehsalının dayandırılması, bu adda sement məhsulunun ticarət dövriyyəsindən çıxarılaraq məhv edilməsi, əmtəə nişanından qanunsuz istifadəyə görə vurulmuş zərər üçün kompensasiya ödənilməsinə dair qətnamə çıxarılmasını tələb edib.

İddia tələbinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Maraqlıdır ki, qarant məhkəməyə də təzyiqi davam etdirir. Və bununla da adıgedən müəssisəni cəzalandırmaq niyyətindədir. Amma "Qarant” adi bir həqiqəti başa düşmür, ya düşmək istəmir. Söhbət UNİVERSAL sözündən gedir. "Qarant İnşaat Sənaye” MMC tərəfindən iddia olunan "Universal” əmtəə nişanının "Qaradağ AA” tərəfindən təqlid olunması cəfəngiyyat və absurd hesab olunur. Nədən ki, "Universal" sözü beynəlxalq və ümumişlək sözdür. Belə bir sözü heç bir mühafizə olunan söz kimi qəbul etmək olmaz.

Bu barədə "Qarant İnşaat Sənaye” MMC – yə məxsus "Azbentonit" əmtəə nişanına dair şəhadətnamədə də öz əksini tapıb. Hazırda Azbentonit əmtəə nişanı altında istehsal olunan "Universal" markalı sement məhsulunun bazarda rəqabət apara bilmədiyi üçün Qarant İnşaat Sənaye” MMC Standart adlı başqa əmtəə nişanı adı altında sement məhsulu istehsal etməyə başlayıb.

Lakin burada da sementin keyfiyyət göstəriciləri mübahisə doğurur ki, bununla bağlı bazarlarda xüsusi araşdırma aparmağa böyük ehtiyac var...

Məsələ ilə bağlı yazıda adıçəkilən şirkətllərin rəsmi mövqeyini də dinləməyə hazırıq.