İyulun 8-də saat 10.00-dan Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildiriblər ki, qəbulda yalnız Ucar, Zərdab, Kürdəmir, Göyçay rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacağı qəbula gələn vətəndaşların qeydiyyatı iyulun 7-də saat 09.00-da Heydər Əliyev Mərkəzində (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti 153) başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.