Bakıdakı bahalı otellərdən birinin dayanacağında dövlət məmurlarına verilən AA seriyalı nömrəylə bahalı idman avtomobili sayılan "Chevrolet Corvette” var.
Mia.az xəbər verir ki, həmin avtomobilin fotosunu Azinforum.az-ın əməkdaşları lentə alıblar.
Sayt bildirib ki, həmin avtomobilin sahibinin kim olması və otelə hansı məqsədlə gəlməsi onlarçün maraqlı olmasa da, avtomobilin dövlət nömrə nişanınında olan seriyası maraq doğurur:
"Məlum olduğu kimi "AA” seriyası xidmətin avtomobillərə verilir. Bu idman maşınından hansısa nazirin və ya başqa yüksək vəzifəli şəxsin xidməti avtomobil kimi istifadə etməsi də inandırıcı görünə bilməz.
Azinforum.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, 60 AA 050 dövlət nömrmə nişanlı bu idman avtomobilini Kamal adlı bir gənc oğlan tərəfindən idarə olunur. Həmçinin məlum olub ki, avtomobilin qiyməti 100 min manatdan artıqdır.
Maraqlıdır, Kamal kimdir ki, onun öz şəxsi məqsədləri üçün istifadə etdiyi idman avtomobilinə xidməti seriyalı dövlət nömrə nişanı verilib?!
Bu xüsusi imtiyazın göstəricisidirsə, tam qanunsuzdur. Yox, maşın doğrudan da hansısa dövlət qurumunun balansındadırsa, onda bizim üçün maraqlıdır ki, belə yüksək sürət eşqilə alışıb yanan məmur kimdir?".
Saytın araşdırmasa zamanı o da aydın olub ki, 60 AA 050 nömrəsilə olan bahalı idman avtomobilini idarə edən şəxsin adı Kamal əslən Tovuz rayonundan olan bir biznesmenin oğludur. Kamal adlı gənc bahalı avtomobilini nömrə qarışıq sosial şəbəkəlrdə də reklam etməkdən xüsusi zövq alır.
Söhbət etdiyimiz bəzi ekspertlər bildirir ki, həmin nömrəni hansısa şirkətin adına da rəsmiləşdirilə bilərlər. Amma istənilən halda, deyilən avtomobilin göstəricilərinə uyğun gəlməyən "AA” seriyası xüsusi imtiyazın nümayiş cəhdi kimi görsənir.
Mia.az Azinforum.az-a istinadən mövzuya aild fotoları təqdim edir: