Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin yay tətili günlərində bir sıra maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Mia.az xəbər verir ki, tətil günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün orta məktəb şagirdlərinin bir sıra muzeylərə ekskursiyaları təşkil olunub.

Bu gün uşaqların tətil günlərinin daha rəngarəng edilməsi məqsədi ilə Nəsimi Rayon İcra Hakimiyyəti və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə rejissor Eldar Quliyevin "Dərvişin qeydləri” adlı filminin pulsuz nümayişi təşkil olunub. Tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən məktəbliləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olmaqla 500 nəfər yeniyetmə iştirak edib.

Tədbirdə iştirak edən Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülarə Verdiyeva bildirib ki, yay tətili günlərində uşaqların pulsuz filmlərə baxması və muzeylərə ekskursiyaları təşkil olunması davam edəcək.

Nəsimi məktəbliləri film izləyiblər
Nəsimi məktəbliləri film izləyiblər