Bakının "maşın bazarı"nda baş verən yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.

ANS TV-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın axşam saatlarında – 21 radələrində baş verdiyindən mağazalarda heç kim olmayıb.

Hazırda yanğın söndürülüb və yanğın söndürənlər mağazaların içərisini yoxlayırlar. Mağaza sahibləri mallarının böyük hissəsini uanğından xilas edə biliblər.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, Bakı şəhəri, Nizami rayonu, maşın bazarında mağazalardan birində baş vermiş yanğın saat 22:59-da söndürülüb.