İyun ayının 29-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanında həyata keçirilən mənfur terror aktı nəticəsində 41 nəfərin ölümü, 239 nəfərdən çox insanın yaralanması ilə nəticələnən hadisə Qaradağ rayon ictimaiyyətinin də hiddinə səbəb olub.

Mia.az xəbər verir ki, Qaradağ ictimaiyyəti bununla bağlı Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyi qarşısında yığışaraq qardaş xalqla həmrəylik nümayiş etdiriblər.

Aksiyada terror zamanı həlak olanların xatirəsi yad edilmiş, yaralananlara şəfalar dilənmişdir. Qaradağ rayon ictimaiyyətinin fəal nümayəndələri terror aktını pisləyən şüarlar səsləndirmiş, Azərbaycan xalqının hər zaman Türkiyənin yanında olduğunu bildiriblər.

Daha sonra Qaradağ rayon ictimaiyyəti adından səfirliyin qarşısına gül dəstələri düzülmüşdür. Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyinə məxsus kitabda Qaradağ rayon ictimaiyyəti adından ürək sözləri yazılmışdır.