Atatürk Hava Limanında törədilən partlayışla bağlı Türkiyədə bir günlük matəm elan edilib.

Ölkədə matəm elan edilməsi səbəbindən bütün rəsmi qurumlarda bayraqlar yarıya endiriləcək.

Qeyd edək ki, İstanbuldakı Atatürk Hava Limanında 3 terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 41 nəfər ölüb, 239 nəfər yaralanıb. Ölənlərdən 13 nəfər əcnəbidir.