"Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Binəqədi rayonunda yaşayan ahıl və tənhalar üçün teatr turları təşkil edib.

 Birlikdən Mia.az-a verilən məlumata görə, teatr turları çərçivəsində Binəqədi rayonunda yaşayan 14 ahıl və tənha insan 25-26 iyun tarixlərində  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunan İlyas Əfəndiyevin"Məhv olmuş gündəliklər” və Hüseynbala Mirələmovun "Miras” tamaşalarını izləmişdir.

 Eyni zamanda teatr turlarında Binəqədi rayon İcra Hakimiyyətinin, rayon Sosial Müdafiə fondunun və təşkilatın nümayəndələri də iştirak ediblər.

"Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Rühiyyə Məmmədova bildirib ki, yaşlı insanların ürəyincə olan istirahət zamanı onlar gələcəkdə təşkilatın bu kimi tədbirləri davam etdirməsini, digər arzularını dilə gətirmişlər və biz də irəli sürülən təklifləri gələcək fəaliyyətlərində nəzərə alacaqlar.

 Xatırladaq ki, teatr turu " Binəqədi rayonunda yaşayan ahıl və tənha vətəndaşların sosial adaptasiyası” layihəsi çərçivəsində həyata keçirilib.

Layihənin məqsədi  həmin ərazidə yaşayan ahıl və tənhaların cəmiyyətə sosial adaptasiyasını həyata keçirməkdir.