Ağdam Dövlət Dram Teatrında kollektivlə rəhbərlik arasında gərginlik yaranıb.

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, teatrın baş rejissoru, əməkdar artist Sərvər Əliyevlə bəzi aktyor-aktrisaların münasibətləri daha da gərginləşib.

İş o həddə çatıb ki, S.Əliyevin həyat yoldaşı son günlər bir neçə dəfə teatra gələrək kollektivin bəzi üzvləri ilə dalaşıb, onları təhqir edib:

"Sərvər Əliyevin həyat yoldaşı teatra gələrək, aktrisalardan biri ilə dalaşdı. Hər ikisi bir-birinə xoşagəlməz sözlər dedilər. Bildiyimizə görə, baş rejissorun həyat yoldaşı ərini aktrisalara qısqandığından belə edir və teatra tez-tez gəlir".

Mövzunu diqqətdə saxlayacağıq.