Xalq artisti Nisə Qasımova illərdir tikdirdiyi bağ evini hələ də tamamlaya bilməməkdən şikayətlənib.
Bu haqda "ATV maqazin onlarla” verilişinə danışan müğənni kövrəlib:
"Bağ evimi 1994-cü ildə tikdirməyə başlamışdım. Hər daş hörüldükcə, nəsə öyrənirdim. 22 il keçib, hələ də hazır deyil. Hərdən deyirəm ki, kaş tez başa çata. Mən deməyim ki, "Tikmədim özüm qalam, tikdim ki, izim qala”.
Özümə sual verirəm ki, "Başqaları necə qazanır, hər şeyi tez edir. Niyə məndə tez olmur bəs?”. Sonra elə cavabı da özüm deyirəm: O, tikmir, qurmur, yaratmır. Onun üçün tikirlər, qururlar, hazır açarı verirlər ki, gir içinə”.
Axşam.az