"İlahi, bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini əta et”.
Mia.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən müqəddəs Ramazan ayının 3-cü gününün təqvimi və duasını təqdim edir.
03 ramazan 1437 – 09 iyun 2016
İmsaq: 03:09
İftar: 20:26
3-cü günün duası:
Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin.
Tərcüməsi:
İlahi, bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!