Məzuniyyət tədbirindən əvvəl azərbaycanlı tələbələr Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov və universitetinin professor-müəllim heyəti ilə görüşüb. Görüş zamanı tələbələrin təəssuratları öyrənilib. Tələbələr onlara yüksək səviyyədə təhsil almağında yaratdığı şəraitə görə başda Anadolu Universitetinin rektoru Prof. Dr. Naci Gündoğan və Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov olmaqla, büün professor-müəllim heyətinə minnətdarlığını bildiriblər. Daha sonra məzuniyyət törəninə yollanan tələbələr əllərində Azərbaycan və Türkiyə bayraqları ilə möhtəşəm tədbirin keçirildiyi zala daxil olub. Tədbirin gedişatı üzrə tələbələrə də söz verilib. Azərbaycandakı tələbələr adından çıxış edən Vüsalə Həsənzadə Anadolu Universitetinin sadəcə təhsil vermədiyini, həm də arzuların arxasınca getməyi öyrətdiyini bildirmiş, həmçinin, dünyanın nüfuzlu universitetindən məzun olduğu üçün qürur hissi keçirdiyini qeyd edərək məzun olan hər kəsi təbrik etmişdir.
Qeyd edək ki, tədbirdə Türkiyə ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən distant təhsil alaraq məzun olan tələbələr də iştirak etmişlər
Anadolu Universitetinin Azərbaycan Proqramlarının bir qrup tələbəsi məzun günündə

May ayının 30-unda Anadolu Universitetinin Azərbaycan Proqramlarından məzun olan bir qrup tələbə Türkiyənin "Eskişehir” şəhərində yerləşən Anadolu Universitetində keçirilən məzun günündə iştirak ediblər.
DİGƏR XƏBƏRLƏR
2025-07-21 00:02
2025-07-20 14:19
2025-07-20 10:42
2025-07-20 00:00