"Azərbaycan dövləti KİV-lərin möhkəmlənməsi üçün ayrılan vəsaitin həcmini ildən-ilə artırılır. Hesab edirəm ki, bu vəsaitin həcmi mümkün qədər artıq olmalıdır”. 

Bunu Milli Məclisin iclasında millət vəkili Əflatun Amaşov deyib. 

Ə.Amaşov qeyd edib ki, informasiya müharibəsində düşməndən üstün olmalıyıq: 

"Bu, təkcə, Ermənistana münaisbətdə deyil, Azərbaycana qarşı ikili standart yürüdən beynəlxalq təşkilatlara da təsir imkanlarını artırır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi hələ də icra olunmur. Biz informasiya müharibəsində qalib olsaq, media vasitəsilə problemlərimizin həllinə təsir edə bilərik. Müdafiə sahəsində olduğu kimi, mediaya da ayrılan vəsaitin həcmi artırılmalıdır”.