"Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimayi Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Regionlarda şəhid ailələrinə və Qarabağ müharibəsi iştirakçılarının məşğulluğunun artırılması və işsizliyinin aradan qaldırılması” layihəsi çərçivəsində növbəti tədbirini 27 may 2016-cı il tarixində Ağdaş rayonu, Heydər Əliyev Mərkəzində keçirib. 

Tədbirdə Ağdaş rayonu İcra Hakimiyyətinin müavini, Məşğulluq Mərkəzinin nümayəndəsi, Qarabağ qaziləri, veteranları və şəhid ailələri iştirak etdilər. Tədbiri ilk olaraq layihənin rəhbəri Məmmədhəsən Həsənov açdı. Ağdaş rayon İcra Hakimiyyətinin müavini Qalib müəllim tədbirdə çıxış etdi.

Tədbir iştirakçıları ictmai müzakirədə fəal iştirak edərək, məsələnin aktuallığını qeyd etdilər. Tədbirdə müvafiq qurumların nümayəndələri də sözü gedən layihəyə öz rəylərini bildirdilər. Müharibə Veteranı və şəhid ailələrinin məşğulluğunun artırılması məqsədilə xüsusi diqqətin ayrılması vurğulandı.

Tədbirin sonunda təkliflər paketinin ictimai müzakirəsi aparıldı.