(Analitik araşdırma)
Tarixi Nöqteyi Nəzər
Qafqaz 150 il (1720-1870)Çar Rusiyasının od-alovu içərisindəyandı. Amma, bu alovun söndürülməsi üçün bir birlik yaranmışdı; Qafqaz Birliyi.Mübarizlərlə rus qoşunları arasında kiqarşılaşma, Qafqaz Müharibəsi adlanır və müstəmləkə imperiyasına qarşı çevrilmiş milli-azadlıq hərəkatının əsasında Nəqşibənd təriqətinin müridizm ideyası dayanırdı. Hərəkatın əsas məkanı Dağıstan və Çeçenistan idi.
MilliNöqteyi Nəzər
Cəsur qafqaz oğullarıMilliyyətindən, irqindən, dilindən və dinindən asılı olmayaraq, Vətənin hürriyyəti və müstəqilliyi uğrunda"Milli-Azadlıq” və "Qafqazlılar”hərəkatı prinsipi ilə işğalçı çar qoşunlarına qarşı Mübarizəyə qalxdılar. Hərəkat iştirakçılarının çoxu:Azərbaycan, avar, çeçen, inquş, kabardin, balkar, qaraçay, çərkəz, qumıq, gürcü, abxaz və ləzgi millətləri təşkil edirdi.Döyüşlərdə ən çox fərqlənənlər avarlar, çeçenlər və çərkəzlər idi.Rusiyadan və ukraynadan gələn könüllülərdə mücahidlərə qoşularaqruslara qarşı vuruşurdular. Müharibə dövründə hökmranlıq edən rusiya çarları bunlar idi:I Aleksandr(1801-1825),INikolay(1825-1855) və II Aleksandr(1855-1881).Qafqazlıların baş komandanları, növbə ilə daha əvvəllər Şeyx Mənsur, yeni dövrlərdə isəQazi Məhəmməd(1828-1832),Həmzət Bəy(1832-1834) vəŞamil(1834-1859) idi. Şübhəsiz ki, hərəkatın daha alovlu olması Türk qanlı cəngavərlərin şücaətinin böyük bir nəticəsi idi.
Dini Nöqteyi Nəzər
Qafqaz millətlərinin çoxu, dini mənsubiyyət baxımından İslam dininə etiqad edən müsəlmanlar və az bir qismi isə xristianlar idilər. İslam dinindəhər müsəlmanın yerinə yetirməli olduğu vacib bir şərt vardır. Bu şərt Cihad şərtidir. Qafqaz müsəlmanları, Allaha daha çox bağlı olduqlarından, islam dininə daha dərin etiqad etmələrindən onlarda vuruşmaq ruhu çox böyük olmuşdur. Onlar, Allah, peyğəmbər, din və vətən uğrunda vuruşurdular, rus zabitlərini və əsgərlərini"Kafir” adlandırıbbir zərbə ilə məhv edirdilər. Şimali qafqazda yaşayan müsəlmanların bəzisiSünni təriqətinin mənsubları və onlarla birgə vuruşanların az bir qismi isə şiələr idi. Xristianlar isə islami cihad yox, qafqazın azadlığı, millətlərinin müdafiəsi uğrunda və Öndən gedən Müsəlman Liderləri Xilaskar və Vahid MilliLider adlandıraraq, onların vahid azadlıq bayrağı altında Birləşib, düşmənə qarşı Vuruşurdular. İmam Şamil, Cihad haqqında, belə demişdi: İstilaya uğrayan Vətən Torpaqları, sülh ilə ələ keçməz, Döyüşlə Alınar. Allah, Haqq və Vətən uğrunda vuruşanlara, Yardımçı olsun. Qafqazlılar!, İllərdən bəri sinə gərməyə çalışdığımız, ən dəhşətli an, gəlib çatmışdır. Edə biləcəyimiz yeganə iş, düşmənlə fasiləsiz və amansız Vuruşmaqdır. Bu günə qədər Hərb etmək, Şərəf və Vətən borcu idi. Amma, bu gün, Hamımızın üstünə Fərz Olmuşdur.İmam şamil qafqazda dini dövlət qurmuşdu. Şamil şimali qafqaz millətlərinin həm siyasi həmdə ki, dini Lideri sayılırdı. Müsəlman mücahidləri vətən uğrunda şəhid olandan sonra Cənnətə qovuşacaqlarına inanır və etiqad edirdilər.
Hərbi Nöqteyi Nəzər
Qafqaz ərazisi, vuruşan hər iki tərəf üçün hərbi cəhətdən əlverişli və strateji əhəmiyyətə malik bir ərazi idi.Qafqazın mücahidlər üçün hərbi cəhətdən daha əlverişli olması onların Qafqaza daha yaxşı bələd olmalarıdıysa, qafqazın ruslar üçün hərbi cəhətdən əlverişli olması isə ondan ibarət idi ki, qafqazın şimal hissəsi cənubi qafqazdan, yəni ki Abxaziya və gürcü ərazilərindən mühasirəyə alınmışdı deyənə, güya şimal hissəsi asandçılıqla ələ keçiriləcəkdi. Sadəcə olaraq, Qafqazın cənubu düz yollardan ibarət idisə, şimal hissəsi uca dağlardan və hündürlüklərdən başlanırdı. Ona görədə, ruslar ən çox şimali qafqazda böyük itkilər verdi. Qafqaz mübarizləri ruslara qarşı tələlər qururdu və çar qoşunlarını o tələyə salıb, məhv edirdilər.Ruslar şimali qafqazın hündürlüklərinəqalxdıqca və irəlilədikcə, tez-tez üç və ya dörd qafqazlınınqəfil hücumu ilə qarşılaşırdılar və ya üstlərinə böyük daş qayaları atılırdı. Çar hökümətinin göndərdiyi iri rütbəli generallar, zabitlər və hərbi dəstələr, vüqarlı qafqaz dağlarında pərən-pərən düşərək, məhv olub ölürdülər. Mücahidlər öz ərazilərində daha asand vuruşurdular. Amma,bu ərazilər ruslar üçün yad idi deyənə manevr etməyə imkan tapmırdılar.
Dünyanın imperialist dövlətlərinin, Qafqaz xalqlarının işğalçı rusiya imperiyasının müstəmləkəsinə qarşı apardıqları milli-azadlıq hərəkatını dəstəkləmələri. Siyasi məqsədləri.
Siyasi Nöqteyi Nəzər
Qafqaz müharibəsi dövründə(1817-1864), iri imperialist Dövlətlərin(İngiltərə, Fransa, Osmanlı İmperiyası)bu strateji məkana aid böyük siyasi planları var idi və hərəkat iştirakçılarından öz siyasi maraqları üçün çox yaxşı istifadə edirdilər. Rusiyanın qafqazı işğal etməsi və ona sahiblənməsi, osmanlı və avropa dövlətlərini rusiyaya qarşı birləşdirirdi. Hələ 1722-1723-cü illərdə, çar I Pyotrun qafqaza yürüşü, avropa və osmanlı tərəfindən çox böyük narazılıqlarlaqarşılanmışdı. Əslində, rusiyaya qarşı qafqaz millətləri arxasında İngiltərə və osmanlı vuruşurdu. Dini və siyasi lider olan İmam şamil, osmanlı imperiyasının müdafiə etdiyi xüsusi bir şəxs idi. Çünki, şamillə bərabər şimali qafqaz millətləri Osmanlı imperiyasını özlərinə dost bilir və ona meyl göstərirdilər.Zahirdə, güya belə görsənir ki, qafqaz xalqları, təkbaşlarına birləşiblər və ruslara qarşı vuruşurlar. Amma, pərdəarxası planlar, gizli qalırdı. İmam Şamil Dağıstanı, Çeçenistanı, İnquşetiyanı əhatə edən bir Qafqaz İslam Dövləti qurmuşdu və bu Dövlətin adı, İmamət Dövləti adlanırdı. Əslində, Bu dini Dövlət, Avropa dövlətlərinin, Rusiyanın qafqazı işğal etməsinə qarşı qurduqları, böyük sipər və alınmaz bir qala idi. Qafqaz Millətlərinə hərbi və maddi yardımların göstərilməsi nəticəsində ruslar, qafqazı 50 ilə qədər işğal edə bilmədilər. İmperialist dövlətlər, Şimali qafqaz millətlərinin, güclü dini imanından və güclü Milliyyətçilik ruhundan istifadə edirdi. Qafqazlıların axrasında Osmanlı, Osmanlının arxasında isə İngiltərə dayanırdı. Çar Hökümətinin siyasətçiləri, Şeyx Şamilin əsir götürülməsindən və Qafqazlıların alovlanan milli-azadlıq hərəkatının süqutu nəticəsində başa çatan Qafqaz müharibəsindən sonra İmam Şamilin, Böyük Britaniya kəşfiyyatının adamı və Osmanlı imperiyasının casusu olduğunu, dedilər. Aydın məsələdir ki, bu hərəkatın arxasında Avropa və Osmanlı Dövlətləri dayanırdı.Amma, hər şey mübarizəni böyük əzmlə aparan və Vətənləri uğrunda hətta, ölümlə barışan Qafqazlıların vuruşmağından aslı idi. Düzdür, Qafqazlılar yalnız və yalnız müsəlman ölkələrindən və ən əsası Osmanlıdan, dəstək gözləyirdilər. Amma, onlar rəsmən və öz istəkləriylə Avropa dövlətlərinin, Rusiyaya qarşı ittifaqına qoşulmamışdılar. Əslində, Qafqaz meydanlarında, Rusiya və Avropa, Osmanlı Dövlətləri müharibə aparırdılar, Qafqaz Millətləri, sadəcə olaraq, bir sipər idi və bu sipər, Rusiya tərəfindən darmadağın edildi. Qafqazda baş verən Milli-Azadlıq Hərəkatı, çox şaxəli bir hərəkat idi və bu alovlu hərəkatda özləridə bilmədən, Döyüş oyununa girən aldanmış Mücahidlər, hər iki tərəfdən, məhv edildilər.
İmza: Ərtoğrul Mehdizadə