Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkələrdəki rəsmi hesablarında bibisi Sevil Əliyeva ilə fotosunu paylaşıb.

Sözügedən foto mayın 25-də Londonda IDEA İctimai Birliyinin təşəbbüsü ilə açılan "Canlı həyat” adlı sərgidə çəkilib. Leyla Əliyeva həmin şəkli #‎LiveLife‬ (həyatını yaşa) həştaqı ilə paylaşıb(Qafqazinfo)

Qeyd edək ki, sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.